Trumpdan şok iddia: Almaniyanın idxal strategiyası Rusiyanın əlindədir.
"Kommersant" xəbər verir ki, Donald Trump açıqlamasıyla yenə də gündəm yaradıb. Belə ki, onun sözlərinə görə Almaniya Rusiya tərəfindən idarə olunur. Almaniya qaz üçün Rusiyaya milyardlar ödəyir. Bu vəziyyətdə Birləşmiş Ştatların Almaniyanın təhlükəsizliyini qoruması ədalətli deyil.
Çərşənbə axşamı Trump NATO-nun baş katibi Jens Stoltenberg ilə görüşü zamanı bildirib ki, Almaniya hər il Rusiyaya milyardlarla dollar ödəyir. Biz isə onları Rusiyadan qorumağa çalışırıq.
O əlavə edib ki, "Almaniya Rusiyanın xəzinəsinə milyardlarla dollar ödəməklə qaz boru xətti çəkir və mən düşünürəm ki, bu qəbuledilməzdir. Bundan başqa, Almaniyanın keçmiş kansleri Rusiyanın qaz şirkətində çalışır. Almaniya buna imkan verməməli idi. Qısacası, Almaniya Rusiya tərəfindən idarə olunur. Bu isə məqbul hesab oluna bilməz. Almaniya NATO-ya 1% ödəniş etdiyi halda, ABŞ ondan dəfələrlə çox ödəniz edir. Buna isə heç kim diqqət yetirmir. Mən bunu ABŞ-a qarşı ədalətsizlik hesab edirəm".