USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

2035-ci ildə benzin və dizellə işləyən maşınlar olmayacaq

28.03.2023 İqtisadiyyat
6 17
Avropa İttifaqı (Aİ) ölkələri 2035-ci ildən benzin və dizel mühərrikli yeni avtomobillərin satışının qadağan edilməsi təşəbbüsünü təsdiqləyib.

Avropa Şurası üzv dövlətlərin 2035-ci ilə qədər yüngül kommersiya avtomobilləri üçün ciddi karbon emissiyası standartlarını tətbiq edəcək qanunu təsdiqlədiyini açıqlayıb.

Qanuna görə, avtomobil istehsalçıları 2035-ci ilə qədər karbon emissiyalarını sıfırlayacaqlar. Belə ki, benzin və dizel də daxil olmaqla karbon emissiya edən daxili yanma mühərrikli yeni avtomobillər qeyd olunan tarixdən etibarən Aİ ölkələrində satıla bilməyəcək.

Bundan əlavə, 2030-cu ilə qədər emissiyaların azaldılması hədəfi avtomobillər üçün 55 faiz, yük maşınları üçün isə 50 faiz olacaq.

Almaniyanın başçılıq etdiyi bir qrup ölkə ötən ay Avropa Parlamentinin (AP) Baş Assambleyasında qəbul edilən və qüvvəyə minməsi üçün Aİ-yə üzv dövlətlər tərəfindən rəsmən təsdiqlənməsi lazım olan reqlamentə qarşı çıxıb.