USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nə qədər ölkədə dərman istehsal olunmur, qiymətlər baha olacaq - Həkimdən deputatın sözlərinə reaksiya

30.03.2023 İqtisadiyyat
6 0
“Nə qədər ki, ölkədə dərmanlar istehsal olunmur, dərman idxalçısı olaraq qazacağıq, bizdə bu dərmanlar istehsal olunan ölkədən baha olacaq. Çünki burda yol və gömrük xərcləri kimi əlavə xərclər var”.

Kommersant.az xəbər verir ki, bunu açıqlamasında həkim Adil Qeybulla deyib. O vurğulayıb ki, digər bir məqamı da nəzərə almaq lazımdır:

“Dərmanların nəinki qiyməti, hətta keyfiyyət parametrlərinin də yetərincə olmasına diqqət etmək laızmdır. Çünki dərman təhlükəsizliyi milli təhlükəsizlik konsepsiyasına bağlı məsələdir”.

Ölkədə dərman istehsalı üçün şərait olsa da, hələ bu istiqamətdə hansısa addımların atılmamasının səbəblərinə gəlincə, Adil Qeybulla bildirib ki, bu sahəni tədricən inkişaf etdirmək lazımdır:

“Bu baxımdan hesab edirəm ki, biz tədricən dünyanın aparıcı şirkətləri ilə müştərək olaraq Azərbaycanın öz daxili resurslarından istifadə etməklə milli dərman sənayemizi yaratmalıyıq. Heç olmasa çox istifadə olunan, gündəlik təcrübədə lazım edilən dərmanların Azərbaycanda istehsalı mümkün olmalıdır. Vacib deyil ki, bütün dərmanlar istehsal olunsun, ən əsas dərmanların ölkədə istehsalına nail olsaq, bu özü bizə yetərli qədər kömək olacaq".

Dərmanların idxal prosesindəki çətinliklər haqqında da danışan həkim qeyd edib ki, bu proses ancaq yavaş-yavaş qaydaya düşə bilər:

"Əvvəlcə çalışmalıyıq ki, dərmanları Türkiyədən idxal edək. Çünki Türkiyə həm keyfiyyətli dərman istehsal edir, həm də qardaş ölkədir, gələcəkdə inteqrasiya məsələsini də bu kömək etmiş olar".

Qeyd edək ki, Milli Məclisin Səhiyyə komitəsinin ötən gün keçirilən iclasında deputat Kamaləddin Qafarovun “Azərbaycanda bəzi dərmanların qiymətləri Türkiyədən ucuzdur” deməsi müzakirəyə səbəb olub.