“Meqa Sığorta” nın xalis mənfəəti 4 faizə yaxın azalıb.
Kommersant.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, “Meqa Sığorta”nın əsas maliyyə göstəricilərində ciddi azalmalar müşahidə edilib.
Belə ki, şirkətin qısamüddətli aktivlərinin 9 milyon 541 min manat və ya 35,69 faiz azalaraq 17 milyon 186 min manata düşüb. Uzunmüddətli aktivlər isə 6 milyon 354 min maat və ya 31,81 faiz artaraq 26 milyon 326 min manata yüksəlib. Yekunda şirkətin cəmi aktivləri 3 milyon 187 min manat və ya 6,82 faiz azalaraq 43 milyon 512 min manata düşüb.
Eyni şəkildə şirkətin cəmi öhdəliklərində də geriləmə müşahidə olunub. Uzunmüddətli öhdəliklərini 6 milyon 109 min manat və ya 32,99 faiz azalaraq 12 milyon 406 min manatadək azaldıb. Qısamüddətli öhdəliklərini isə 342 min manat və ya 92,18 faiz artıraraq 713 min manata yüksəldib. Nəticədə “Meqa Sığorta”nın cəmi öhdəlikləri 5 milyon 767 min manat və ya 30,53 faiz azalaraq 13 milyon 119 min manata düşüb.
“Meqa Sığorta”nın cəmi gəlirləri 2 milyon 352 min manat və ya 9,09 faiz azalaraq 23 milyon 500 min manata, cəmi xərcləri isə 2 milyon 164 min manat və ya 10,32 faiz azalaraq 18 milyon 788 min manata enib. Nəticədə şirkətin maliyyə mənfəəti 189 min manat və ya 3,85 faiz azalaraq 4 milyon 711 min manata bərabərləşib.
“Meqa Sığorta”nın xalis mənfəəti 3 milyon 777 min manat olub ki, bu da 2021-ci ilin sonuilə müqayisədə 143 min manat və ya 3,64 faiz azdır.
Şirkətin əlində olan aktivlərin faiz gəlirliyi (ROA) 8.68 faiz, kapitalından istifadəsi (ROE) 12.42 faiz olub.