Bu gün səhər saatlarında Daşkəsən və Gədəbəyə rayonunun mərkəzinə və ətraf kəndlərinə qar yağıb.
Kommersant.az xəbər verir ki, bu aylarda həmin ərazilərdə əkinçilik işlərinə hazırlıq başlayır.
Bəs havaların belə keçməsi bu prosesə necə təsir edəcək?
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov qeyd edib ki, bu mövsümdə Gədəbəy və Daşkəsənə qar yağmasının kənd təsərrüfatına təsiri havanın tempraturundan çox asılıdır:
“Əgər mövsümə uyğun olmayaraq tempratur -7-8 dərəcə olarsa, o zaman ilk etapda nəsə mənfi təsir etdiyini demək olar. Amma adi qar yağıbsa, bunun yalnız xeyri var. Qar uzun müddət davam etməyəcək. Bu aylarda havalar nisbətən soyuyur. Düşünmürəm ki, elə də ciddi ziyanı olsun. Əksinə xeyir verəcək, torpaqda bir az nəmliliyi artıracaq, əkin işləri aparan zamanı da bu nəmliyin faydası olacaq”.
Qeyd edək ki, hazırda qarın yağması dayansa da, qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.