USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İrandan Azərbaycana qanunsuz sement daşındığı aşkar edildi

11.07.2018 İqtisadiyyat
0 0
Azərbaycan gömrükçüləri İrandan tikinti materiallarının qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında deyilir.

"Gömrük əməkdaşları İrandan Azərbaycana gələn "NILOUFAR ABI" adlı yük gəmisinə baxış keçiriblər. Baxış zamanı gəmidə Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunan və gömrük orqanına bəyan edilməyən 98,12 min kq ağ sement və 24,5 min kq polietilen yükləri aşkar olunub", – deyə məlumatda bildirilir.

Faktla bağlı araşdırma aparılır.