Bir sıra OPEC+ ölkələrinin hasilatı azaltması fonunda neft qiymətləri kəskin artıb.
Ticarət məlumatlarına əsasən, bir sıra OPEC+ ölkələrinin elan etdiyi hasilatın azaldılması fonunda dünya neft qiymətləri artımı 5%-dən çox sürətləndirib.
Məlumata görə, WTI markalı neftin may fyuçerslərinin qiyməti 7,12% artaraq 81,09 dollar/barel təşkil edib. Brent markalı neftin iyun fyuçerslərinin qiyməti 1,18-ə 7,13% artaraq 85,59 dollar/barelə çatıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı da daxil olmaqla bir sıra OPEC+ ölkələri aprelin 2-də neft hasilatını mövcud kvotaları aşaraq daha da azaldacaqlarını elan ediblər.