USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

OPEC dünyada neftə tələbatın artacağını proqnozlaşdırır

11.07.2018 İqtisadiyyat
0 0
Neft İxrac edən Ölkələr Birliyi (OPEC) dünyada neftə gündəlik tələbatın həcminin 1,45 mln. barrel artacağını proqnozlaşdırır.

"Kommersant" "Report"a istinadən xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.

Sənədə əsasən, həmçinin OPEC-dən kənar ölkələrdən gündəlik neft təklifinin həcminin 2,1 mln. barrel artmasını gözlənilir.

"Neft tədarükündə əsas artım ABŞ, Kanada, Braziliya, Avstraliya, Qazaxıstan və Böyük Britaniya, azalma isə Meksika, Çin və Norveç üzrə müşahidə olunacaq", - deyə hesabatda qeyd olunub.

Xatırladaq ki, bir qədər əvvəl İranın OPEC-dəki nümayəndəsi Hüseyn Kazempur Ərdəbili bildirib ki, ABŞ prezidneti Donald Trampın hərəkətləri neftin qiymətinin 100 dollar/barrelə kimi artmasına səbəb ola bilər.