USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədə ərzaq qiymətləri yüksəlib

03.04.2023 İqtisadiyyat
2 16
İstehlak qiymətlərinə görə, ən yüksək qiymət artımı 19,90 faizlə dana ətində, ən çox ucuzlaşma isə 6,25 faizlə şəhərlərarası sərnişindaşımada olub.

Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatlarına görə, mal əti qiymətlərindəki artımı yüzdə 15,16 ilə şirniyyat məhsulları və digər ət növləri, yüzdə 11,16 ilə yumurta və tərkibində yumurta olan məhsullar izləyir.

Mart ayında ən çox bahalaşan digər məhsullar arasında 9,40 faizlə orta təhsil, 6,66 faiz ilə yeməkxana və qonaq otağı mebeli, 6,19 faizlə qəhvə, 5,89 faizlə quş əti, 5,38 faizlə dərman preparatları və yüzdə 4.96 faizlə makaron çeşidləri olub.

Ötən ay ən yüksək qiymət ucuzlaşması 6,25% ilə avtomobil nəqliyyatı ilə şəhərlərarası sərnişindaşımada müşahidə olunub.