USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Apple”ın keçmiş əməkdaşı həbs edildi - MƏLUMAT OĞURLUĞU

11.07.2018 İqtisadiyyat
0 0
Syolan Çjan oğurluqda ittiham olunur.

"Kommersant" xəbər verir ki, "Apple Inc" şirkətin keçmiş əməkdaşını şirkətin kommersiya sirlərini, özü idarə olunan nəqliyyat vasitələrilə əlaqədar məlumatları oğurlamaqda günahlandırıb.

"Financial Time" qəzetinin məlumatına görə, "Apple" şirkətinin keçmiş işçisi dövlət əhəmiyyətli məlumatları Çinə ötürməkdə ittiham olunaraq həbs edilib.

Qeyd edək ki, Syolan Çjan "Apple"da "avtonom nəqliyyat vasitələri üçün proqram və avadanlıqların inkişafı" layihəsində çalışıb. ABŞ prokurorluğundan verilən açıqlamaya görə, şirkətin məlumat bazasından "Apple"a dair informasiyaları, o cümlədən enerji istehlakı tələbləri, batareya sistemləri və ötürmə mexanizmləri barədə məlumatları qanunla qadağan olunduğu halda 3-cü tərəflə paylaşıb.