USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanlı alim Çinin Elmlər Akademiyasına dəvət olunub

11.07.2018 İqtisadiyyat
0 0
Pekin Xarici Dillər Universitetinin Asiya-Afrika fakültəsinin Azərbaycan dili kafedrasının müəllimi və tədqiqatçısı Aqşin Əliyev Çin Sosial Elmlər Akademiyasında fəaliyyət göstərmək üçün dəvət alıb.

"Kommersant" Report-a istinadən xəbər verir ki, o, Çin Mədəniyyəti üzrə Tədqiqatlar Mərkəzində Azərbaycan üzrə müxtəlif araşdırmalar aparmaqla, Çin Elmlər Akademiyasında tədqiqat işi görmək üçün dəvət alan ilk xarici alim kimi tarixə düşüb. Çin Sosial Elmlər Akademiyası mühafizəkar olduğu üçün burda xarici alimlərin tədqiqat aparması görünən hadisə deyil. Son illər Çinlə Azərbaycan arasında humanitar əlaqələrin inkişafı, eləcə də, böyük ipək yolunun bərpası üzrə müxtəlif layihələrin işlənməsi Çində Azərbaycan üzrə tədqiqatların aparılması üçün zərurət yaradıb. Filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev ilk dəfə olaraq Çin Sosial Elmlər Akademiyasında Azərbaycan - Çin mədəni əlaqələrinin tarixi və bu günü, ədəbi və elmi tərcümələr, Qədim İpək yolu üzərində Çin-Azərbaycan əlaqələri, Bir Kəmər və Bir Yol təşəbbüsündə Azərbaycanın rolu kimi mövzuların tədqiqatı ilə məşğul olacaq. Çin Sosial Elmlər Akademiyası bu ölkənin əsas beyin mərkəzi sayılır və dövlətin elmi inkişaf istiqamətini müəyyənləşdirən qurumdur, eləcə də, dünyanın ən böyük elmi databazasına malik nəhəng elm ocağıdır. Hazırda Pekin Xarici Dillər Universitetinin Asiya - Afrika fakültəsində Azərbaycan dili kafedrası fəaliyyət göstərir və yaxın gələcəkdə burada Azərbaycan Mərkəzinin açılması da nəzərdə tutulur.