Nyu-York birjası artan tənəzzül narahatlıqları səbəbiylə günü düşüşlə bağladı.
Kommersant.az xəbər verir ki, Kapanışda Dow Jones indeksi təxminən 200 bənd itirərək 0,59 faiz azalaraq 33 402,38 bənd təşkil edib.
S&P 500 indeksi 0,58 faiz azalaraq 4 100,61 bənd, Nasdaq indeksi isə 0,52 faiz azalaraq 12 126,33 bənd olub.
ABŞ-da iqtisadi geriləmələrin ardınca, tənəzzüllə bağlı narahatlıqların artması ilə birjalarda mənfi kurs müşahidə olunub.
Ölkədə açıqlanan məlumatlara görə, JOLTS İş Açılışlarının sayı fevral ayında bir əvvəlki aya görə 632 min azalaraq 9 milyon 931 minə düşüb. Gözləntilərdən aşağı olan vakansiyaların sayı 2021-ci ilin may ayından bəri ilk dəfə 10 milyondan aşağıdır.
ABŞ-da fabrik sifarişləri də fevral ayında bazar gözləntilərini üstələyərək 0,7 faiz azalıb.
Digər tərəfdən, JPMorgan Chase Baş İcraçı Direktoru (CEO) Jamie Dimon ABŞ-da bank böhranının hələ bitmədiyini və onun təsirlərinin qarşıdakı illərdə də hiss olunmağa davam edəcəyi barədə xəbərdarlıq edib.
Dimonun bank böhranı ilə bağlı qiymətləndirmələrindən sonra bank səhmləri də düşdü.