Meta, Türkiyədə 14 Mayda keçiriləcək ümumi seçkilərin təhlükəsiz keçirilməsini təmin etmək üçün dezinformasiyanın yayılmasını azaltmaq və zərərli məzmunu silmək üçün texnologiya və insan resurslarına investisiya etdiyini açıqladı.
Kommersant.az xəbər verir ki, seçki yaxınlaşdıqca real vaxt rejimində potensial təhlükələri müəyyən etmək və daha sürətli hərəkətə keçmək üçün Seçki Əməliyyatları Mərkəzini aktivləşdirən Meta, Türkiyədə rəqəmsal savadlılığın artırılması və seçkilərlə bağlı internetdə yayılan yanlış məlumatların qarşısının alınması üçün təlim proqramlarına başladıqlarını bildirdi.
Zərərli məzmunun və yalan məlumatın qarşısını alır
Meta-nın İcma Standartları hazırda seçkilərlə bağlı bir çox sahələri, həmçinin Facebook və Instagram-da təzyiq, zorakılığa çağırış, etnik və ya dini hücumları qadağan edən siyasətləri əhatə edir.
Meta bu qaydaları pozan məzmunu aşkar etdikdə onu öz platformasından silir. Seçki günü yaxınlaşdıqca bu kimi halların hər kəs üçün daha önəmli olduğunu vurğulayan Meta, potensial təhlükələri real vaxtda aşkar etmək və Cəmiyyət Standartları sistemini dəstəkləmək üçün daha sürətli hərəkətə keçmək üçün Türkiyə Seçki Əməliyyatları Mərkəzini aktivləşdirməyə qərar verib.