USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Tesla” Çində zavod quracaq

11.07.2018 İqtisadiyyat
1 0
Elektrikli avtomobil istehsalçısı “Tesla” şirkəti, ABŞ xaricindəki ilk zavodunu Çində quracaq.

"Kommersant" "Marja"ya istinadla xəbər verir ki, "Tesla", Çinin Şanxay şəhərində yaxın gələcəkdə zavod tikintisinə başlanacağını açıqlayıb.

Şirkət, Şanxayda tikiləcək zavodda istehsalın 2- 3 il sonra başlayacağını və ildə 500 min avtomobil istehsal edilməsinin planlaşdırıldığını açıqlayıb.

Şanxay şəhər rəhbərliyindən verilən açıqlamada da, "Tesla"nın rəhbəri İlon Mask, Şanxay Şəhərinin Meri Yinq Yonq və digər rəsmi şəxslər arasında zavodun yaradılması barədə müqavilə imzalandığı bildirilib.

Açıqlamada, zavodun, Şanxaydakı ən böyük xarici investisiya olacağı qeyd olunub.

Çində 2014-cü ildə elektromobillərini satmağa başlayan "Tesla"nın Kaliforniyadan ölkəyə göndərdiyi avtomobillərin qiymətlərinə 15 faiz idxal vergisi əlavə olunur. Buna baxmayaraq, Çin "Tesla" üçün ABŞ-dan sonra ən böyük ikinci bazardır.

ABŞ Prezidenti Donald Trampın gömrük rüsumlarını qaldırmasına cavab tədbirləri kimi Pekin rəhbərliyi tərəfindən əlavə 25 faiz idxal vergisi tətbiq etdiyi şirkətlər arasında "Tesla" da yer alır.

Şirkətin Çində elektrikli avtomobil satışlarının ötən il 82 faiz artaraq 468 min olduğu bildirilir.

"Tesla"nın Şanxayda araşdırma mərkəzi də quracağı qeyd edilib.