USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu yolda təmir işləri başa çatıb

11.07.2018 İqtisadiyyat
0 0
Yasamal rayonu, Yeni Yasamal yaşayış massivinin Əsəd Əhmədov küçəsində yenidənqurma işləri yekunlaşdırılıb.

"Kommersant" xəbər verir ki, uzunluğu 1.6 km, eni əvvəllər 7-8 metr olan küçədə yenidənqurma işləri başa çatıb. Layihə boyu aparılan işlər çərçivəsində küçənin eni ərazilərdən asılı olaraq 14-20 metrə qədər genişləndirilib. Bu məqsədlə yol boyu qazma-dolma işləri görülüb, zəruri olan yerlərdə yararsız qrunt çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib.