USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“İdeya Bankı”na 50-yə yaxın layihə təqdim edilib

11.07.2018 İqtisadiyyat
0 0
İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyi BMT-nin “2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi”nin məqsədlərini təşviq etmək, innovasiyaları həvəsləndirmək, eyni zamanda “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının və “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”nin icrasına dəstək məqsədilə birgə İkinci Respublika İnnovasiya Müsabiqəsi elan edib.

"Kommersant" "Qafqazinfo"ya istinadla xəbər verir ki, müsabiqə barədə məlumatlılığın artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı Dövlət Universitetinın müəllim və tələbələri, Azərbaycan Milli Elmlər Akademiyasının "Yüksək texnologiyalar parkı" MMC-nin tədqiqatçıları, ASAN könüllüləri üçün maarifləndirmə tədbirləri keçirilib. Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyənlər layihələrini 2018-ci ilin 20 sentyabr tarixinədək "İdeya Bankı" (www.ideyabanki.com) platforması vasitəsilə təqdim etməlidirlər. İndiyədək müsabiqəyə 50-yə yaxın layihə təqdim edilib. Layihələrin qəbulu davam edir.