Amerikanın məşhur investisiya bankı Goldman Sachs səhvən bəzi səhm əməliyyatlarını qısa satış əvəzinə alış kimi həyata keçirdiyi üçün 3 milyon dollar cərimələnib.
Kommersant.az xəbər verir ki, Maliyyə Sənayesi Tənzimləmə Təşkilatı (FINRA) Wall Street-in məşhur investisiya bankı Goldman Sachs-ı səhvən müəyyən səhmləri satış deyil, alış kimi qeyd etdiyinə və ticarət hesabatlarının pozulmasına görə 3 milyon dollar cərimələyib.
FINRA, 2015-ci ilin oktyabr ayından 2018-ci ilin aprel ayına qədər Goldman-ın 14 milyarddan çox səhm olmaqla təxminən 60 milyon qısa satış sifarişini səhv yerləşdirdiyini bildirib.