USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“İstehlakçılar aldadılır” - AİB sədri

06.04.2023 İqtisadiyyat
15 6
”İllər boyudur ki, istehlakçılaın aldadılması baş verir”.

Kommersant.az xəbər verir ki, bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bu gün kolbasa və sosislər üzərində apardığı labarotor təcrübənin nəticələri haqqında danışarkən deyib.

AİB sədri bildirib ki, bundan əlavə həmin məhsulların halal sertifikatı ilə təmin olunmasında da ciddi problemlər var:

”Ümumiyyətlə halal sertifikatlaşdırılma ilə bağlı ölkədə problemlər yaşanır. Üzərində halal yazılıb, lakin tərkibinə donuz əti qatılır. Bu halın olmağı yol verilməzdir. Bu anormal haldır. Lakin düşünürəm ki, AQTA bundan əlavə 8-ci km bazarında kiloqramında da yoxlama aparmalıdır. Ora da kiloqramı 2.50 manata olan kolbasa və sosi məmulatları satılır. Buda araşdırılıb ictimaiyyətə məlumat verilməlidir”.

AİB sədri onu da əlavə edib ki, bu kolbasa və sosislərin istehsal edildiyi 20-yə qədər qeyri qanuni müəssisə var ki, AQTA onlara nəzarət edə bilmir:

“Düşünürəm ki, ictimai nəzarət olmalı, AQTA-ya məlumat verilməli və belə yerlər də ifşa olunmalıdır”.

Qeyd edək ki, AQTA tərəfindən ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən kolbasa və sosiska məhsullarından nümunələr götürülərək, müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Belə ki, cari dövr ərzində 57-si kolbasa, 32-si sosiska olmaqla, ümumilikdə 89 adda məhsuldan nümunə götürülüb. Nümunələrin sınaq nəticəsinə əsasən, 80 məhsuldan götürülən nümunə normativ sənədlərin tələblərinə cavab verib. 6 istehsalçıya məxsus 9 məhsulda (6-sı kolbasa, 3-ü sosiska) uyğunsuzluqlar müəyyən edilib ki, bunlardan 4 məhsulda (3-ü kolbasa, 1-i sosiska) uyğunsuzluq təhlükəsizlik göstəriciləri ilə, 5-də isə (3-ü kolbasa, 2-si sosiska) etiket məlumatları ilə bağlıdır.

  • Əvvəlki

    Azərbaycanda “Togg” avtomobilinə maraq yaranıb - Eldəniz Cəfərov

Digər xəbərlər

27.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
27.11.2024 İqtisadiyyat
Azərbaycan buğda idxalını azaldıb
0 0
27.11.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0