Samsung tələbin azalması səbəbindən çip istehsalını azaltmaq qərarına gəlib.
Kommersant.az xəbər verir ki, dünyanın ən böyük yaddaş çipi istehsalçısı olan Samsung istehsalı azaltmazdan əvvəl, proqnozları üstələyərək birinci rübdə mənfəətində 96% azalma göstərib.
Qeyd edək ki, ötənlərdə kiçik çip istehsalçılarının istehsalı azaldacaqları açıqlanmışdı. Ancaq Samsung kimi miqyaslı bir şirkətin oxşar qərar verəcəyi gözlənilmirdi.
Çip qiymətləri son doqquz ayda 70% azalıb
Şirkətin mənfəətinin azalmasına əhəmiyyət verməyən investorlar, sənaye lideri olaraq görülən Samsung-un istehsalı azaltma qərarının çip qiymətlərini artıracağını düşünür. Çip qiymətləri son doqquz ayda 70% azalıb.
Qərar elan edildikdən sonra şirkətin səhmləri erkən ticarətdə 4,5% artaraq sentyabr ayından bəri ən böyük gündəlik qazanca çatıb.