USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu il KTN xətti ilə fermerlərə 10 mln. manat kredit veriləcək

11.07.2018 İqtisadiyyat
0 0
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti bu ilin sonuna qədər fermerlərə təxminən 10 milyon manat kredit ayırmağı planlaşdırır.

""Kommersant“ın APA-Economics”ə istinadən məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, artıq həmin məbləğdən 1,5 mln. manatını 40 fermer götürüb: “Ölkənin 20-dən çox rayonundan 40 fermer kredit əldə edib. Bu, kənd təsərrüfatı yönümlü rayonlardır. Həmin fermerlər əkinçilik, qoyunçuluq, iri buynuzlu maldarlıq, həmçinin qablaşdırma ilə məşğul olanlardır. İnanırıq ki, bu ilin sonuna qədər fermerlərə kömək məqsədilə onlara əlavə vəsait ayıra biləcəyik".


M. Əliyev deyib ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti vəsaiti 2%-lə kredit təşkilatlarına, onlar da 7% olmaqla fermerlərə verirlər: “Məqsədimiz faiz dərəcələrin artırılması deyil, əksinə azaldılmasıdır. Hazırda bazar araşdırması aparırıq. Çünki bizim qurumla yanaşı, Sahibkarlığa Kömək Milli Fondunun kreditlər verir. Bazar araşdırmaları aparmaqda məqsədimiz potensialı artırmaq üçün hansı addımları ata biləcəyimizi müəyyənləşdirməkdir".

  • Əvvəlki

    Qlobal borc yükü ilin ilk rübündə rekord vurdu

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0