USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədə lüks istehlak yüzdə 67 artıb

10.04.2023 İqtisadiyyat
0 0
Türkiyə sərvətini lüks istehlaka xərcləməyə davam edir. Uzun illər ərzində ümumi idxalın 10-12 faizi aralığında qalan istehlak mallarının idxalına transfer edilən resurslar ilin ilk iki ayında 67,1 faiz artaraq 3,7 milyard dollardan 6,3 milyard dollara yüksəlib. Türkiyənin 2010-cu ildən sonrakı istehlak malları idxalı üçün ödədiyi valyuta məbləği 346 milyard dolları keçib.

Kommersant.az xəbər verir ki, Türkiyədə gəlir bölgüsünün getdikcə pisləşdiyi dövrdə istehlak həvəsi səngimir və əksinə böyüyür. Son vaxtlar xarici valyuta qıtlığına baxmayaraq, sərvətlərin istehlaka xərclənməsi tendensiyası davam edir. Uzun illər ümumi idxalın 10-12 faizi aralığında qalan istehlak malları idxalı ilin ilk iki ayında partlayışla 67,1 faiz artaraq 3,7 milyard dollardan 6,3 milyard dollara yüksəlib.

Ümumi idxalda payı 2021-ci ildə yüzdə 9-a enən istehlak malları idxalının payı 2022-ci ildə yüzdə 8-ə enərək, cəmi idxal 363,7 milyard dollarla rekord qırıb. Digər tərəfdən, 2023-cü ilin ilk iki ayında ümumi idxalda payı 2 ballıq artımla yüzdə 10-a çatıb. Bu çərçivədə mal idxalında artım yanvarda 70 faiz, fevralda isə 64 faiz olub. Bu tendensiya davam edərsə, istehlak malları idxalı bütün il üçün yeni rekordla 36 milyard dolları keçəcək. İlk 2 aylıq açıqlamada müşahidə edilən sıçrayışla gündəmə gələn istehlak malları hesabının dəyəri yüksəkdir. İstehlak mallarına bütün növ davamlı və qeyri-davamlı istehlak malları, eləcə də ərzaq məhsulları daxildir.

  • Əvvəlki

    Rusiyanın neft hasilatı 700 min barel azalıb

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0