ABŞ dollarının möhkəmlənməsi neft qiymətlərini sıxışdırsa da, təkliflərdə yaşana biləcək daralma qiymətləri artmağa istiqamətləndirir.
Kommersant.az xəbər verir ki, cümə axşamı Brent markalı neftin bir barelinin qiyməti 85,12 dollarla qərarlaşıb. Bu gün saat 13:23-ə olan məlumata görə, Brent markalı neftin bir barelinin qiyməti bağlanışla müqayisədə 0,25% artaraq 85,33 dollar olub. Eyni dəqiqələrdə Qərbi Texas tipli (WTI) xam neftin bir barreli 80,66 dollardan alıcı tapıb.
Bildirilir ki, texniki baxımdan Brent markalı neftin 85,45-86 dollar diapazonu müqavimət, 84,90-84,35 dollar diapazonu isə dəstək kimi qiymətləndirilə bilər.
ABŞ-ın inflyasiya ilə mübarizə çərçivəsində atdığı "şahin addım"lara davam edə biləcəyinə dair gözləntilər, ölkədəki neft tələbinin mənfi təsirlənəcəyi və qiymətlərin aşağı enəcəyi ilə bağlı ehtimallar yaradır.
ABŞ dollarının digər valyutalara nisbətən bahalaşması da nefti digər valyutalardan istifadə edən alıcılar üçün bahalaşdırır, alışların azalmasına səbəb olur, qiymətlərin enməsinə dəstək verir.