Beynəlxalq Valyuta Fondu (BVF) son hesabatında "İnflyasiya yenidən nəzarət altına alındıqdan sonra, inkişaf etmiş ölkələrin mərkəzi bankları çox güman ki, pul siyasətini yumşaldacaq və real faiz dərəcələrini pandemiyadan əvvəlki səviyyələrə qaytaracaq" deyib.
Kommersant.az xəbər verir ki, BVF, təbii və ya neytral faiz dərəcəsi kimi müəyyən edilən, iqtisadiyyatı həm böyütməyən, həm də kiçildən qısamüddətli inflyasiyaya uyğunlaşdırılmış nisbətin ABŞ-da yaxın onilliklərdə rahat şəkildə 1 faizin altında qalacağını proqnozlaşdırıb.
World Economic Outlook hesabatının bir hissəsi olaraq dərc edilən təhlil, faiz dərəcələrinin "neytral" səviyyəsinin inkişaf etmiş iqtisadiyyatlarda aşağı qalmağa davam edəcəyi və ya inkişaf etməkdə olan iqtisadiyyatlarda daha da aşağı düşəcəyi qənaətinə gəlib.