İngiltərədə maaş artımı ilə bağlı davam edən fikir ayrılığına görə bu il ikinci dəfə tətil edən minlərlə ümumi praktikant paytaxt Londonda nümayiş keçirib.
Kommersant.az xəbər verir ki, maaş artımı və iş şəraitinə görə İngiltərə hökuməti ilə davam edən fikir ayrılığı səbəbindən məşhur Trafalqar meydanına toplaşan ümumi praktikantlar artan inflyasiyanın fonunda maaşların 35 faiz artırılmasını tələb edib.
Praktiklər əllərində "Həkimlər daha yaxşı maaşa layiqdirlər", "Qalmaq üçün bizə pul verin", "Səhiyyə naziri (Stiv Barklay) haradadır?", "Alqışlar bizə pul vermir" sözləri yazılmış plakatlar tutublar.