“Sərhədlərin açılması ilə bağlı hələlik heç bir dəqiq məlumat yoxdur”.
Bu sözləri Kommersant.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədova deyib.
Deputat qeyd edib ki, bununla bağlı müəyyən müzakirələr aparılır:
“Lakin belə məsələlər barədə qərar dövlət tərəfindən qəbul olunur. Dövlət bu qərarı qəbul etdiyi zaman insanlara ətraflı məlumat veriləcək”.
Ceyhun Məmmədov onu da əlavə edib ki, dövlət qurumları məsələyə olduqca həssas yanaşırlar:
“İnsanların da narahatlığını anlayırlar. Vətəndaşlar da səbirli olmalıdırlar. Çünki hazırda mövcud vəziyyət dövlətin bu kimi məsələlərə həssas yanaşmasını tələb edir”.
Xatırladaq ki, bir neçə müddət əvvəl Gürcüstan mətbuatı mayın 1-dən Azərbaycanla quru sərhəddinin açılacağı ilə baağlı məlumat dərc etmişdi.