“Ölkə başçısının bu gün imzaladığı sərəncam sözsüz ki, Bakı və Bakı ətrafı rayonların su problemlərinin həll edilməsinə müəyyən təsirləri olacaq. Bu cür texnologiyalar bir çox ölkələrdə istifadə olunur və özünü doğruldur”.
Kommersant.az xəbər verir ki, bunu İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli Prezident İlham Əliyevin dəniz suyunun duzsuzlaşdırılması ilə bağlı sərəncamını şərh edərkən deyib.
İqtisadçı qeyd edib ki, Qəbələ rayonun ərazisində yeni su hövzəsinin yaradılması da öz növbəsində bizim su ehtiyatlarının artırılmasına müəyyən təsirlər göstərəcək.
“ Bildiyimiz kimi bizdə dəniz su ehtiyatları çoxdur. Digər tərəfdən həm də Qarabağın və işğaldan azad olunan bölgələrimizin su ehtiyatlarından gələcəkdə müsbət və münbit şəraitdə isdifadə olunacaq”.
Eyyub Kərimli əlavə edib ki, su ehtiyatlarımızın və əhalinin daha çox su ilə keyfiyyətli təmin edilməsində daha çox bizim infrastruktur xətlərimizin dəyişdirilməsinə və yeni infrastruktur layihələrimizin daha səmərəli istifadə edilməsinə ehtiyac var:
“Yeni su xətlərinin çəkilməsinə, səmərəli formada bu suyun paylanmasına,sudan qənaətli istifadə edilməsi üçün köhnəlmiş su xətlərinin dəyişdirilməlidir”.
İqtisadçı qeyd edib ki, bu sahədə problemlərin həll edilməsində iki istiqamətdə iş aparılmalıdır:
“Birincisi su ehtiyatlarının artırılmasına, ikincisi isə ölkənin su təchizatı, infstrakturunun yenilənməsi və itkilərin aradan qaldırılmasına və nəzarətin artırılmasına böyük ehtiyac vardır.