“Rosselxoznadzor”un Dağıstan Respublikası üzrə İdarəsinin dövlət müfəttişləri karantin zərərvericisinə yoluxmuş 18,8 ton şaftalı və nektarinin Azərbaycandan Rusiyaya idxalını qadağan edib.
İdarənin mətbuat xidmətindən verilən məlumata görə, göndərilən yükün bir partiyası Rusiyanın dövlət sərhədinin Dağıstan hissəsində - "Yaraq-Kazmalar" keçid məntəqəsində saxlanılıb.
Karantin fitosanitar nəzarətinin gedişində mal partiyasına baxış zamanı karantin obyekti - Şərq meyvəyeyəni aşkar edilib. Zərərvericinin mövcudluğu "Ümumrusiya Bitkilərin Karantin Mərkəzi" Federal Dövlət Büdcə Müəssisəsinin Dağıstan filialının rəyi ilə də təsdiqlənib.