USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Böyük Britaniya Ukraynaya əlavə kredit verəcək

13.04.2023 İqtisadiyyat
13 7
Sky News Britaniya Xəzinədarlığının bəyanatına istinadən xəbər verir ki, Böyük Britaniya Ukraynaya iqtisadi ehtiyaclar üçün 500 milyon dollar məbləğində əlavə kredit verməyə hazırdır.

Kommersant.az xəbər verir ki, bu barədə ingilis mətbuatında xəbərlər yer alır:

“Böyük Britaniya Ukraynaya daha 500 milyon dollar zəmanətli kredit verməyə hazırdır, bununla da bu il ümumi (Ukraynaya verilən kreditlər) 1 milyard dollara çatır. Böyük Britaniyanın Ukraynaya dəstək üçün vəd etdiyi ümumi məbləğ isə 6,5 milyard funtdan çoxdur (8 milyard dollardan çox)", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, pul Ukraynanın iqtisadi ehtiyaclarına yönəldiləcək: xəstəxana və məktəblərin saxlanması, eləcə də həssas vəziyyətdə olan vətəndaşların dəstəklənməsi.