USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bəzən vətəndaşların şifrələrindən məlumatı olmur - Ekspert səbəbləri izah edir

13.04.2023 İqtisadiyyat
33 0
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov bu gün jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda istifadəçilərin çoxunun şifrələri sızır və hətta onlar satışa çıxarılır.

Kommersant.az məsələni İKT üzrə mütəxəssis Vahid Qasımovla müzakirə edib.

Vasif Qasımov bildirb ki, burada təəccüblü heç nə yoxdur. Belə vəziyyətdə hansısa təhlükəsizlikdən danışmaq mənasızdır.:

“Əslində Mygov-a vətəndaşların çoxsu özü heç vaxt daxil olmur, Heç özlərinin də şifrələrindən məlumatları yoxdur. Çünki ölkə əhalisinin texnologiyalara yiyələnməsinin ümumi səviyyəsi çox aşağıdır. Amma hər hansı bir bankda yada dükanın, kredit almaq üçün müraciət olunduğu zaman, kredit mütəxəssisləri vətəndaşların Mygov profilinə baxırlar ki, maliyyə durumları haqqında məlumat əldə etsinlər. Vətəndaş şifrəni bilirsə, kredit mütəxəssisinə bildirir. Şifrəni bilmədiyi təqdirdə isə, bəzi hallarda kredit mütəxəssisi özü vətəndaş üçün Mygov-da qeydiyyatdan keçib şifrəni təyin edir. Beləliklə, bir çox kredit mütəxəssisinin əlindən bir çox vətəndaşın şifrəsi keçmiş olur İnsan faktorunun təsiri altında bu cür məxfi məlumatların sızdırılması, yayılması, satılması halların olması çox normaldır”.

Ekspert əlavə edib ki, ümumiyyətlə birbaşa vətəndaşlarla işləyən bir çox müəssisədə, vətəndaşlara aid məlumatlar bazası yığılır, burada şəxsiyyət vəsiqəsindəki məlumatlar da, telefon nömrələri, v.s. kimi məlumatlar daxildir.

“Həmin məlumatları müəssisələr həm daxili marketinq ehtiyacları üçün istifadə edir, amma məsuliyyətsiz əməkdaşların səyləri nəticəsində həmin məlumatlar da asanlıqla yayıla bilər. Buna səbəb, əslində açıq olmalı olan məlumatların ümumi bazası olmamasıdır. Qurumlar onu onlayn yoxlaya bilmədikləri üçün, çoxlu sənədləri vətəndaşdan tələb etmək məcburiyyərində və öz verilənlər bazalarını təşkil etmək məcburiyyətindədir. Bu da, həmin məlumatların sızdırılmasına gətirib çıxarır”.

  • Əvvəlki

    Sabiq icra başçısının ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Neft bahalaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0