USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Məşhur apteklər şəbəkəsi - CƏRİMƏLƏNDİ

14.04.2023 İqtisadiyyat
19 13
“Buta Farm” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) cərimə olunub.

Kommersant.az-ın əldə etdiyi məlumata görə, MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) maddəsi ilə inzibati qaydada protokol yazılıb.

Protokol araşdırılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib.

İşə baxılması üçün hakim Elməddin Hüseynovun icraatına verilib.

Məhkəmə baxışı aprelin 19-na təyin olunub.

Qeyd edək ki, bu maddə üzrə protokol məhkəmə tərəfindən təsdiq olunarsa, o zaman vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

“Buta Farm” MMC məşhur apreklər şəbəkəsidir.

  • Əvvəlki

    “Şərq Bazarı” ilə bağlı qalmaqal - 11 aydır pullar ödənilmir

Digər xəbərlər

06.02.2025 İqtisadiyyat
Lirə bahalaşdı
0 0
06.02.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0
06.02.2025 İqtisadiyyat
Azərbaycan nefti 2%-dən çox ucuzlaşıb
0 0