Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Taxıl Dəhlizi sazişi mayın 18-də başa çatdıqdan sonra Rusiya müqaviləni yeniləməmək qərarına gəlib.
Kommersant.az xəbər verir ki, Rusiya BMT-nin vasitəçiliyi ilə imzalanan Qara dəniz taxıl sazişinin mayın 18-dən sonra uzadılmayacağını bildirib.
“Beş sistemli problemin həllində irəliləyiş olmadan mayın 18-dən sonra Qara dəniz təşəbbüsünün daha da genişləndirilməsindən danışmağa ehtiyac yoxdur”, - deyə Rusiya XİN-in bəyanatında deyilir.
Açıqlamada Taxıl Dəhlizinin öz məqsədinə xidmət etmədiyi və Ukraynanın ixracı üçün uyğun zəmin hazırlamaq məqsədi daşıdığı, Qərb ölkələrinin isə vədinə əməl etmədiyi bildirildi.
Bundan əlavə, bəyanatda “Hazırda 1 milyon tondan çox ərzaq daşıyan 28 gəmi Türkiyə ərazi sularında yoxlama gözləyir” , - deyə bildirilib.