USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

800 min əcnəbi işçi Səudiyyə Ərəbistanını tərk edib

12.07.2018 İqtisadiyyat
0 0
Uzun müddət neftin qiymətinin aşağı düşməsilə boğuşan Səudiyyə Ərəbistan bu dəfə xarici investisiyalarda azalma və yüksək kapital çıxışının məngənəsindədir.

2017-ci ildə ölkədəki birbaşa xarici investisiya 7.5 milyard dollardan 1.4 milyard dollara enərək son 14 ilin ən aşağı səviyyəsini görüb. Beynəlxalq Maliyyə İnstitutunun məlumatlarına görə, kapital çıxışı 101 milyard dollar, yəni Səudiyyə Ərəbistanının ümumi daxili məhsul istehsalının 15%-ni təşkil edib.

Bu proseslər ilə, 2016-ci ilin sonundan bu yana ölkədəki 11 milyon əcnəbi işçidən 800 mininin Səudiyyə Ərəbistanını tərk etdiyi bildirilir. Bu böyük işçi qüvvəsi çıxışının ardından, xüsusilə özəl sektor məşğulluğunda yaranan boşluğun ölkə daxilindən doldurulmasının çətin olduğu və yerli şirkətlərin narahat olduğu bildirilir.

Məhəmməd Bin Salman isə bu vəziyyəti fürsətə çevirərək səudiyyələşmə ya da rəsmi adı Nitakat deyilən məşğulluğu yerliləşdirmə proqramı üzərində dayanır. Məqsəd 2020-ci ilə qədər 450 min Səudiyyəli üçün məşğulluq təmin etməkdir.