Avropa İttifaqı (Aİ) televizorlar və oyun konsolları kimi müxtəlif texnoloji cihazların söndürüldükdə və ya gözləmə rejimində olduqda elektrik enerjisi istehlakını daha da azaltması üçün yeni qaydalar hazırlayıb.
Kommersant.az xəbər verir ki, Aİ Komissiyası eko-dizayn tənzimləməsi çərçivəsində cihazların gözləmə rejimində və ya elektrik enerjisi istehlakı ilə bağlı qaydalara yeniləmə edildiyini açıqlayıb.
Buna uyğun olaraq televizor, paltaryuyan, qabyuyan, quruducu, soba, toster, qəhvə maşını, printer, video kamera, oyun konsolu, dinamik, televizor qutusu kimi müxtəlif məhsullar aşağı güc rejimində, söndürüldükdə və ya gözləmə rejimində daha az elektrik istehlak edəcək.
Söndürülmüş vəziyyətdə olan cihazların enerji istehlakı 0,50 vattdan çox olmayacaq. Tətbiq başlandıqdan 2 il sonra, söndürülmüş vəziyyətdə olan cihazların enerji istehlakı 0,30 vattdan çox olmayacaq.