USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya AB ilə əməkdaşlığı genişləndirir - 22% ARTIM

12.07.2018 İqtisadiyyat
0 0
Rusiya və AB-nin ticarət dövriyyəsi yarım ildə 22,1% artıb.

"Kommersant" xəbər verir ki, 2018-ci ilin ilk yarısında Avropa Birliyi ilə Rusiya arasındakı ticarət dövriyyəsi 22,1% artaraq 119 milyard 772 min dollar təşkil edib. Bu barədə məlumatı Rusiya Federasiyasının Dövlət Gömrük Xidməti yayıb.

Belə ki, Rusiyadan Avropaya ixrac dövriyyəsi 83 milyard 427 min dollar, idxal dövriyyəsi isə 36 milyard 344 min dollar təşkil edir.

Qeyd edək ki, ümumilikdə Rusiya Federasiyasının ümumi xarici ticarət dövriyyəsində AB-nin payı illik hesabata görə 44,6%-dən 44,1%-ə düşüb.