USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Özəl toxumçuların ilk ümumrespublika müşavirəsi keçirilir

12.07.2018 İqtisadiyyat
0 0
Tədbirin məqsədi toxum və ting istehsalçılarının qarşısında duran problemləri müzakirə etmək, həll yollarını axtarmaq və onları ümumi məqsədlərə çatmaq üçün təşkilatlandırmaqdır.

Bakıda Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin həyata keçirdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin dəstəyi ilə ölkədə özəl toxumçuların ilk ümumrespublika müşavirəsi keçirilir.

"Kommersant" xəbər verir ki, tədbirin məqsədi toxum və ting istehsalçılarınn qarşısında duran problemləri müzakirə etmək, həll yollarını axtarmaq və onları ümumi məqsədlərə çatmaq üçün təşkilatlandırmaqdır. Müşavirədə özəl toxumçularla yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum nəzarəti üzrə Dövlət Xidmətinin, Dünya Bankı/Beynəlxalq Maliyyə Korporasiyasının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Beynəlxalq Əmək Təşkilatının nümayəndələri də iştirak edirlər.