Türkiyə Əkinçilik Palataları Birliyinin (TZOB) sədri Şəmsi Bayraktar bildirib ki, Ramazan ayının sonunda bazar qiymətləri 39 məhsuldan 30-da artıb, 9-da ucuzlaşıb. Ramazan ayının son günlərində bazarda ən yüksək qiymət artımı yüzdə 45,2 ilə quru soğanda müşahidə olunub.
Kommersant.az xəbər verir ki, Bayraktar Ramazan ayında qırmızı ətin qiymətində və istehsalçı ilə bazar qiymətləri arasında baş verən dəyişikliklərlə bağlı açıqlama verib.
Ətin bahalaşması səbəbindən damazlıq heyvanların kəsilmək təhlükəsi ilə üz-üzə qaldığını bildirən Bayraktar, “Süd istehsalçılarının (heyvanı yemləmək əvəzinə kəsdiyim zaman daha çox pul qazanıram) fikri ilə hərəkətə keçmələrinin qarşısı alınmalıdır".
Soğanda qiymət artımını 28,4 faiz yaşıl bibər, 27,2 faiz quzu əti, 26,4 faiz quru lobya, 24,7 faiz mal əti və 22,4 faiz yerkökü izlədi. Bazarda qiyməti ən çox düşən məhsul yüzdə 24 ilə balqabaq olub. Balqabaqda qiymət enişini 17,6 faiz ağ kələm, 12,2 faiz yaşıl soğan, 7,7 faiz pomidor, 4,2 faiz toyuq və 3,3 faiz kahı izlədi.