USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İngiltərədə ərzaq qiymətlərində son 45 ildə kəskin artım

20.04.2023 İqtisadiyyat
22 10
İngiltərədə ərzaq qiymətləri ötən ay illik bazada son 45 ilin ən kəskin artımını göstərib.

Kommersant.az xəbər verir ki, Britaniya Milli Statistika İdarəsinin (ONS) məlumatına görə, bu ilin mart ayında ölkədə inflyasiya artımı 10,4 faizdən 10,1 faizə enib, ərzaq məhsullarının qiymətləri isə keçən ay 19,2 faiz artaraq 1977-ci ildən bəri ən kəskin artım olub. Əvvəlki ayda (fevralda) ölkədə ərzaq və alkoqolsuz içkilərin qiymətləri illik bazada 18,2 faiz artıb.

İnflyasiya məlumatlarını şərh edən ONS baş iqtisadçısı Qrant Fitzner bildirib ki, mart ayında inflyasiyanın yavaşlamasına yanacaq qiymətlərindəki azalma təsir edib. Fitzner qeyd edib ki, ərzaq qiymətləri artmağa davam etdiyi üçün bu töhfə böyük ölçüdə yox olub.

Qlobal ərzaq qiymətlərinin eniş trendində olduğunu xatırladan Fitzner, bu enişin İngiltərədəki supermarket şəbəkələrinin qiymətlərində hələ də əks olunmadığını bildirib.