USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

NATO sammiti keçirilib - 4% ÖDƏNİŞ TƏLƏBİ

12.07.2018 İqtisadiyyat
0 0
Trump 4%-lik ödəniş tələb edib.

"Kommersant" xəbər verir ki, ABŞ prezidenti Avropa Birliyi ölkələrindən Ümumi Daxili Məhsulun (ÜDM) 4%-ni ödəməyi tələb edir. Trump, ötən gün keçirilən NATO sammitində açıqlama verərək, Avropa ittifaqına üzv ölkələrin hərbi xərclərini iki dəfə artırmalı olduğunu bildirib.

Trump AB ölkələrini NATO büdcəsinə ÜDM-in 2%-ni yox, 4%-ni ödəməyi tələb edib. Ağ Evdən verilən məlumata görə, NATO Trumpın bu təklifini qəbul edib.

Qeyd edək ki, AB-nin 28 ölkəsi arasında NATO-ya 2% gəlir ödəyən cəmi 5 ölkə var. Onlar arasında ABŞ da daxil olmaqla Yunanıstan, Polşa, Estoniya, Böyük Britaniyanın adları var. Trump isə hakimiyyətə gəldikdən sonra artıq ikinci dəfədir ki, dünya ölkələrinin ödənişlərinin qaldırılmasına yönəlmiş siyasət irəli sürür.