USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu şəxslər cərimələnəcək: 500 manat

25.04.2023 İqtisadiyyat
17 10
Media haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyənləşib.

Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Məcəlləyə əsasən, Media məhsullarının qanunla müəyyən edilmiş qaydada yayılmasına mane olmağa görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcək.