USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Alüminium üçün yağış duası

25.04.2023 İqtisadiyyat
18 2
Dünya alüminium istehsalının demək olar ki, 60%-ni təşkil edən Çinin bəzi bölgələrində yağıntıların azalması hidroenerji istifadəsinə zərbə vurub və hasilatı aşağı salıb. İstehsal təzyiq altında qalarsa, qiymətlər yüksələ bilər.

Kommersant.az xəbər verir ki, qlobal alüminium bazarının taleyi Çinin hava şəraitindən asılıdır. İqtisadi tənəzzül narahatlıqları və artan faizlərin yaratdığı zəif tələbə baxmayaraq, Çinin alüminium istehsal mərkəzlərində təsirli olan son illərin ən şiddətli quraqlığı qiymətlərin artmasına səbəb ola bilər. Çünki yağıntıların azalması su elektrik enerjisindən istifadə edən zavodların istehsalını azaldır.

Birinci rübdə istehsal 17 milyon tona yaxındır

Beynəlxalq Alüminium İnstitutunun (IAI) son aylıq qiymətləndirməsinə görə, qlobal ilkin alüminium istehsalı 2023-cü ilin ilk üç ayında illik müqayisədə 2% artaraq 16,9 milyon tona çatıb.

Dünyanın ilkin istehsalının 60 faizindən bir qədər az hissəsini təşkil edən Çin, 2022-ci ilin birinci rübündən istehsalı 3,9 faiz artırsa da, mart ayında onun artım tempi kəskin şəkildə azalaraq cəmi 0,9 faiz təşkil edib. Çinin keçən ay 39,9 milyon ton hasilatı avqustda rekord göstərici olan 41,5 milyon tonla müqayisədə 1,6 milyon ton azalaraq, bir ilin ən aşağı hasilatı olub.