USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kriptovalyutaya vəsait yatırmaq düzgündürmü?

12.07.2018 İqtisadiyyat
0 0
Kriptovalyuta bazarında dəyişkənlik davam edir.

"Kommersant" xəbər verir ki, kriptovalyuta bazarı öz dəyişkənliyi ilə tanınır. Kriptovalyuta treyderlər üçün bir tərəfdən də böyük imkanlar təklif edir. Digər tərəfdən isə, qəfil qiymət dəyişikliyi ilə investorlara həyəcan yaşadır. Lakin qeyd etmək lazımdır ki, son zamanlar bitcoinin kəskin ucuzlaşmasına baxmayaraq, kriptovalyutalar bu günlərdə özünün rekord həddini yaşayır.

Bitcoin isə axırıncı dəfə 2017-ci ilin son rübündə 88% artdıqdan sonra, 2018-ci ilin ilk rübündə sabit qalıb. Hazırda kriptovalyuta bazarını araşdıran, təhlil edən şirkətlər "Nvidia", "Visa", "CBOE" və "Salesforce"dur. Bu şirkətlərdən verilən məlumata görə, kriptovalyutayla bağlı sorğuların əksəriyyəti ABŞ, Kanada və Avropa ölkələrindən gəlir.

Ekspertlər isə "kriptovalyutaya vəsait yatırmaq düzgündürmü?" sualına professional treyder olmasanız belə, uzunmüddətli investisiyalara vəsait yatırmaq istəyənlərə seçimin kriptovalyuta bazarı olmasını məsləhət görür.