USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bosch ABŞ-ın çip istehsalçısı TSI Semiconductors-u alacaq

27.04.2023 İqtisadiyyat
14 4
Alman mühəndislik şirkəti Bosch, ABŞ-ın çip istehsalçısı TSI Semiconductors-u alacağını və silisium karbid çip istehsalını artırmaq üçün 1,5 milyard dollar sərmayə qoyacağını açıqladı.

Kommersant.az xəbər verir ki, şirkətdən verilən açıqlamada, Bosch-un ABŞ-ın çip istehsalçısı TSI Semiconductors-un baş ofisi Kaliforniyanın Roseville şəhərində yerləşən aktivlərini almağı planlaşdırdığı bildirilib.

Açıqlamada qeyd edilib ki, Bosch TSI Semiconductors şirkətinin Roseville şəhərindəki obyektinə 1,5 milyard dollardan çox sərmayə qoymağı və TSI Semiconductors istehsal müəssisələrini ən müasir texnologiyalara çevirməyi planlaşdırır.

2026-cı ildə istehsala başlanacağı ifadəsində Bosch-un yarımkeçirici işini silisium karbid çipləri ilə genişləndirəcəyi ifadə edildi.

Bosch-un yarımkeçirici biznesini sistemli şəkildə gücləndirdiyini vurğulayaraq, 2030-cu ilin sonuna qədər qlobal silisium karbid çip portfelini əhəmiyyətli dərəcədə genişləndirəcəyi bildirilib.

Açıqlamada, planlaşdırılan investisiyanın yarımkeçirici istehsalını artırmaq üçün 9 avqust 2022-ci ildə ABŞ Prezidenti Co Bayden tərəfindən imzalanan CHIPS Aktı çərçivəsində federal maliyyə imkanlarından və dövlət təşviqlərindən faydalanacağı ifadə edildi.