USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

UEA: OPEC-in hasilatı "tavana dirənə" bilər

12.07.2018 İqtisadiyyat
0 0
Beynəlxalq Enerji Agentliyi (UEA), OPEC-in neft hasilatının, yarana biləcək təklif böhranları zamanı kifayət etməyəcəyini və "tavana dirənəcəyini" açıqlayıb.

Qlobal neft hasilatı iyunda əvvəlki ayla müqayisədə gündəlik 370 min barrel artaraq 98 milyon 800 min barelə yüksəlib.

Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq neft bazarı hesabatına görə, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı iyunda əvvəlki aya nisbətən gündəlik 180 min barrel artaraq 31 milyon 870 min barelə çatıb.

Xam neft xaricindəki digər hasilatlar daxil OPEC hasilatı isə sutkada 6 milyon 930 min barel olub. Beləliklə, OPEC-in ümumi neft hasilatı gündəlik 38 milyon 800 min barel səviyyəsində baş tutub.

İyunda OPEC daxilində hasilatda gündəlik ən çox azalma Liviya və Venesuelada baş verib.

Liviyada gündəlik neft hasilatı təxminən 260 min barel geriləyərək 760 min barrelə enib. Venesuelada isə gündəlik neft hasilatı təxminən 60 min barel düşərək 1 milyon 300 min barel olub.

Keçən ay OPEC daxilində Səudiyyə Ərəbistanı və İraq gündəlik neft hasilatlarını ən çox artıran iki ölkə olub. Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını 430 min barel artıraraq 10 milyon 460 min barelə, İraq da gündəlik neft hasilatını 80 min barel artıraraq 4 milyon 550 min barrelə çatdırıb.

İyunda OPEC-ə daxil olmayan ölkələrin neft hasilatı isə sutkada təxminən 60 milyon barrel təşkil edib. Beləliklə, qlobal neft hasilatı iyunda əvvəlki ayla müqayisədə 370 min barel artımla sutkada 98 milyon 800 min barel səviyyəsinə çatıb.

Hesabata görə, 2018-də OPEC-ə daxil olmayan ölkələrin neft hasilatı ötən illə müqayisədə gündəlik orta hesabla 2 milyon barrel artaraq 60 milyon 200 min barrelə, 2019-da da gündəlik 1 milyon 800 min barel artımla 62 milyon barelə çatacaq.

QLOBAL NEFT TƏLƏBİ

IEA-nın proqnozlarına görə, bu il qlobal neft tələbinin gündəlik orta hesabla 99 milyon 100 min barrel təşkil edəcək. 2019-cu ildə qlobal neft tələbinin isə gündəlik 100 milyon 500 min barrelə yüksələcəyi proqnozlaşdırılır.

  • Əvvəlki

    Dünya birjaları 4,2 trilyon dollar "əridi"

Digər xəbərlər

27.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
27.11.2024 İqtisadiyyat
Azərbaycan buğda idxalını azaldıb
0 0
27.11.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0