ABŞ iqtisadiyyatı bu ilin birinci rübündə gözləntilərin altında qalıb.
Kommersant.az xəbər verir ki, ABŞ iqtisadiyyatı bu ilin birinci rübündə gözləniləndən az, 1,1 faiz artıb. ABŞ Ticarət Nazirliyi yanvar-mart dövrü üçün Ümumi Daxili Məhsulun (ÜDM) aparıcı rəqəmlərini açıqlayıb.
2 faiz artacağı gözlənilirdi
Müvafiq olaraq, ABŞ-da ÜDM bu ilin birinci rübündə illik 1,1 faiz artıb. Gözləniləndən az böyüyən ABŞ iqtisadiyyatının sözügedən dövrdə yüzdə 2 böyüməsi gözlənilirdi.
2022-ci ilin son rübündə ölkə iqtisadiyyatı 2,6 faiz artsa da, keçən il 2,1 faiz artım göstərdi.
İlin birinci rübündə ABŞ iqtisadiyyatının artımı istehlak xərclərinin, ixracın, federal dövlət xərclərinin, əyalət, yerli dövlət xərclərinin və qeyri-yaşayış sahəsinə qoyulan əsas investisiyaların artması hesabına baş verib.