USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyənin turizmi böyüdü

28.04.2023 İqtisadiyyat
16 1
Türkiyənin turizm gəliri ilin ilk rübündə illik bazada yüzdə 32,3 artıb.

Kommersant.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı bu ilin yanvar-mart ayları üzrə turizm statistikasını açıqlayıb.

Buna görə turizm gəlirləri əvvəlki ilin eyni rübünə görə yüzdə 32,3 artıb. Sözügedən dövrdə turizm gəliri 8 milyard 690 milyon 505 min dollar olaraq qeyd edildi.

Turizm gəlirlərinin 20,8 faizi xaricdə yaşayan və ölkəyə səfər edən vətəndaşlardan əldə edilib. Ziyarətçilər səyahətlərini şəxsi və ya paket turla təşkil etdilər. Bu rübdə edilən xərclərin 7 milyard 503 milyon 255 min dollarını şəxsi xərclər, 1 milyard 187 milyon 249 min dollarını isə paket tur xərcləri təşkil edib.