FED-in atacağı addımlarla bir müddətdir durağan vəziyyətində olan qiymətli metallar və kriptovalyutaların yeni yüksəliş trendinə girə biləcəyi ifadə edilir. FED faiz qərarını mayın 2-də açıqlayacaq.
Kommersant.az xəbər verir ki, ilin əvvəlindən bəri ABŞ Federal Ehtiyat Sisteminin (FED) atdığı addımlardan asılı olaraq hərəkətə keçən qızıl, gümüş və kriptovalyutaların yaxın günlərdə yeni yüksəliş trendinə girəcəyi gözlənilir.
FED Açıq Bazar Komitəsinin 1-2 may tarixlərində keçiriləcək bu iclasında faiz dərəcəsini 0,25% artıracağı gözlənilir.
Bununla belə, bazarlar əsas diqqəti faiz qərarına deyil, FED sədri Cerom Pauelin açıqlamalarına yönəldib.