"Kommersant" xəbər verir ki, Moody’s Türkiyənin yeni hökumətiylə bağlı şərh verib. Belə ki, verilən açıqlamada Mərkəzi Bankın idarə sistemindəki dəyişikliyin pul siyasətini gücləndirmək əvəzinə zəiflədə biləcəyi bildirilib.
İnvestorlar Mərkəzi Bankın və digər dövlət qurumlarının müstəqilliyinin təhlükə altında olmasından narahatlıqlarını ifadə ediblər. Bu isə kredit böhranının ola biləcəyinə işarədir.