USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədə aprel ayında inflyasiya yüzdə 43,68 olub

03.05.2023 İqtisadiyyat
16 10
Aprel ayında inflyasiya aylıq bazada 2,39 faiz artarkən, baza təsiri ilə illik 43,68 faizə endiyi hesablanıb. Beləliklə, inflyasiya iqtisadçıların gözləntilərindən aşağı olub.

Kommersant.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) aprel ayı İstehlak Qiymətləri İndeksi (TÜFE) məlumatlarını açıqlayıb. Müvafiq olaraq, aprel ayında inflyasiya aylıq bazada yüzdə 2,39 artarkən, baza təsirinə görə illik 43,68 faizə enmişdir.

İqtisadçılar apreldə inflyasiyanın 2,65 faiz artacağını gözləyirdilər. Əvvəlki ayda yüzdə 50,51 olan illik inflyasiyanın yüzdə 44,06-ya enəcəyi hesablanıb.

Mart ayında inflyasiya aylıq bazada yüzdə 2,29 artarkən; illik inflyasiya 50,51 faiz təşkil edib.