USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Süni intellektin “atası” xəbərdarlıq etdi

03.05.2023 İqtisadiyyat
16 5
Süni intellekt sahəsinin qabaqcıllarından olan alim Geoffrey Hinton, bu sahədə irəliləyişlərə qarşı xəbərdarlıqlar ehtiva edən açıqlamalar verdi.

Kommersant.az xəbər verir ki, "Süni intellektin atası" olaraq xarakterizə edilən 75 yaşlı Geoffrey Hinton, süni intellekt sahəsindəki inkişafın "dəhşətli" olduğunu və bu sahədəki işindən peşman olduğunu deyərək Google-dan istefa verdiyini açıqlayıb.

Süni intellektli chatbotların hazırda insanlardan daha təhlükəli olmadığını, lakin potensial təhlükələrinin bəzilərinin olduqca qorxulu olduğunu ifadə edən Hinton, onların yaxın gələcəkdə insanlardan daha ağıllı ola biləcəyi qənaətində olduğunu ifadə etdi.