USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əfv sərəncamı yaxınlaşır - Kimlər azadlığa çıxa bilər?

03.05.2023 İqtisadiyyat
11 28
“Bu ilki əfv sərəncamı Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı olacaq”.

Kommersant.az-a bunu Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

Əliməmməd Nuriyev qeyd edib ki, bununla bağlı 14 iclas olub, 2 minə yaxın müraciətə baxılıb.

“Bu iclaslar çox məhsuldar keçib. 55 saata qədər müzakirələr aparılıb. Müxtəlif cinayət törətmiş şəxslərin müraciətinə baxılıb. Lakin kimin əfv ediləcəyi ilə bağlı son qərarı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev verəcək”.

Hüquqşünas qeyd edib ki, humanizm və mərhəmət prinsipi nəzərə alınmaqla bu müraciətlərə baxılıb:

“Komissiya hər müraciətə baxarkən qanunvericiliyin tələbinə uyğun olaraq edilən cinayətin ictimai təhlükəsizlik dərəcəsinə, məhkumun şəxsiyyəti, ailə vəziyyəti, səhhəti, çəkdiyi cəzab müddətində davranışları, çəkdiyin cəzanın müddəti nəzərə almaqla müraciətlərə baxır”.

Əliməmməd Nuriyev qeyd edib ki, bu müraciətlərə baxarkən ən əhəmiyyətli məsələlərdən biri də zərərçəkmişin mövqeyidir:

“Çünki məhkum azadlığa çıxandan sonra zərərçəkmişin həmin şəxsə münasibəti də nəzərə alınır. Bu məsələlər də aydınlaşdırılır".

Qeyd edək ki, bu günə qədər 68 əfv fərman və sərəncamı olub. Bunun 33-ü Heydər Əliyev tərəfindən, 35-i isə İlham Əliyev tərəfindən imzalanıb.

  • Əvvəlki

    Türkiyədə 100 min barellik neft quyusu tapıldı

Digər xəbərlər

29.10.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
29.10.2024 İqtisadiyyat
Qızıl və gümüş bahalaşdı
0 0